Gənclərimizi Qoruyaq: Məktəbdə Narkomaniyaya Qarşı Maarifləndirici Tədbir Keçirildi

Bu gün gənc nəslin sağlam ruhda böyüməsi, zərərli vərdişlərdən uzaq durması cəmiyyətimizin əsas məqsədlərindən biridir. Məhz bu məqsədlə məktəbimizdə narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərə narkotik vasitələrin fəsadlarını izah etmək, onların bu kimi təhlükəli vərdişlərdən uzaq durmalarını təmin etmək və sağlam həyat tərzinə təşviq etmək idi.Belə tədbirlərin keçirilməsi, məktəblilər arasında sosial məsuliyyət hissinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Tədbirdə çıxış edənlər bu cür maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyini vurğulayaraq, gələcək nəsillərin sağlam düşüncəli və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına xidmət etdiyini qeyd etdi.