8b sinfində “Əhval pürsanlıq” mövzusunda açıq dərs
Qasımova Zeynəbin 8b sinfində keçirdiyi “Əhval pürsanlıq” mövzusundakı açıq dərs şagirdlərdə maraqla qarşılandı. Müəllim dərsə gündəlik həyatdan nümunələrlə başladı, əhval pürsanlığın nitqdə necə ifadə olunduğunu izah etdi.
Şagirdlər mətndə duyğuları ifadə edən söz və ifadələri müəyyən edərək mövzunu daha dərindən mənimsədilər. Praktik hissədə isə müxtəlif əhval-ruhiyyələrə uyğun mini yazılar yazaraq yaradıcılıqlarını nümayiş etdirdilər.
Dərs həm pedaqoji yanaşma, həm də şagird fəallığı baxımından uğurlu alındı və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.