Torpaq and yerimizdir

Filmin nümayişindən əvvəl çıxış edənlər Aprel döyüşlərinin Azərbaycanın tarixi üçün əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, bu döyüşlər zamanı ordumuz böyük qəhrəmanlıq nümunəsi göstərərək torpaqlarımızın bir hissəsini işğaldan azad edib və düşmənə ağır zərbələr endirib.
Şagirdlər filmin hər anını diqqətlə izləyərək, Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığını bir daha dərk etdilər. Nümayişdən sonra müzakirə aparıldı və şagirdlər öz təəssüratlarını bölüşdülər. Onlar belə tədbirlərin keçirilməsinin vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından çox vacib olduğunu bildiriblər.
Məktəb rəhbərliyi gələcəkdə də bu cür maarifləndirici və vətənpərvərlik ruhunu gücləndirən tədbirlərin davam etdiriləcəyini qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi