Şagird təhlükəsizliyi

Şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə yoxlanış keçirildi. Tədbir məktəb rəhbərliyi nəzarəti altında baş tutdu.
Yoxlama zamanı şagirdlərin məktəbə gətirdikləri əşyalar diqqətlə nəzərdən keçirildi. Məqsəd məktəb qaydalarına uyğun olmayan və təhlükəli ola biləcək əşyaların qarşısını almaq idi. Şagirdlərə təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verərək, onların ehtiyatlı olmalarının vacibliyini vurğuladılar.
Məktəb rəhbərliyi bu cür yoxlamaların şagirdlərin təhlükəsizliyi üçün vacib olduğunu bildirərək, valideynlərə də övladlarının məktəbə gətirdikləri əşyalara nəzarət etmələri üçün müraciət edib. Təhlükəsiz və qayğısız təhsil mühitinin təmin olunması üçün bu tip tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi