Məktəbimizdə Novruz şənliyi keçirildi

Bu gün məktəbimizdə Novruz bayramına həsr olunmuş möhtəşəm şənlik keçirildi. Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak etdilər.
Şənlik Novruz adət-ənənələrinin canlandırılması ilə başladı. Şagirdlər Bahar qızı, Kosa və Keçəl obrazlarını canlandıraraq tamaşa nümayiş etdirdilər.
Məktəb kollektivi Novruza aid şeirlər səsləndirdi, milli rəqslər ifa olundu və müxtəlif xalq oyunları təşkil edildi.
Sonda məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik edərək, onlara uğurlar arzuladılar. Şənlik hər kəs üçün unudulmaz anlarla yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi