ilaxır çərşənbə

Məktəbimizin müəllim və şagird kollektivi Novruz bayramının ən önəmli günlərindən biri olan İlaxır Çərşənbəni böyük coşqu ilə qeyd etdilər. Tədbirin məqsədi şagirdlərə milli adət-ənənələrimizi tanıtmaq, Novruzun dəyərlərini aşılamaq və birlik ruhunu gücləndirmək idi.
Bayram tədbiri maraqlı proqramla yadda qaldı. Şagirdlər Novruzun dörd çərşənbəsi – Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti barədə məlumat verdilər, bu mövzuda səhnəciklər nümayiş etdirdilər. Tədbirdə şeirlər səsləndi, milli rəqslər və musiqilər ifa olundu.