Məktəbəqədər Hazırlıq Qrupunun Novruz Şənliyi

Məktəbəqədər hazırlıq qrupunda Novruz bayramı münasibətilə möhtəşəm şənlik keçirildi. Tədbirin əsas məqsədi uşaqlara milli adət-ənənələrimizi tanıtmaq, bayramın mahiyyətini anlatmaq və onlara xoş bayram əhval-ruhiyyəsi bəxş etmək idi.
Şənlikdə uşaqlar milli geyimlərdə maraqlı çıxışlar etdilər, Novruza aid şeirlər söylədilər və səhnəciklər nümayiş etdirdilər. Novruzun ənənəvi oyunlarından biri olan yumurta döyüşdürmə oyunu da böyük maraqla qarşılandı.