İDMAN HƏFTƏSİ: SAĞLAM BƏDƏN, SAĞLAM ZƏKA

İdman həftəsi çərçivəsində məktəbimizdə müxtəlif maraqlı tədbirlər təşkil olunub. Bu tədbirlər şagirdlərin sağlam həyat tərzinə marağını artırmaq və onları aktivliyə təşviq etmək məqsədi daşıyırdı.İdman yalnız fiziki məşqlərlə məhdudlaşmır, eyni zamanda düzgün qidalanma da sağlamlığın vacib şərtlərindən biridir. Həftənin ən həyəcanlı anlarından biri isə “Ən sürətli qaçış şagirdi” adlı yarış oldu. Burada müxtəlif yaş qrupları üzrə şagirdlər sürətli qaçış üzrə mübarizə apardılar.Şagirdlərin yaradıcılığını stimullaşdırmaq məqsədilə “İdman və Sağlam Həyat” adlı rəsm müsabiqəsi təşkil olundu. Şagirdlər idmanın vacibliyini əks etdirən rəsmlər çəkərək, öz baxış bucaqlarını ifadə etdilər. Müsabiqənin sonunda ən maraqlı və məzmunlu rəsmlər sərgiləndi və qaliblər təltif olundu.
İdman həftəsi şagirdlər üçün həm faydalı, həm də əyləncəli keçdi. Belə tədbirlər gənc nəslin sağlam və aktiv böyüməsinə böyük töhfə verir.