İngilis dili fənni üzrə esse müsabiqə keçirilib.

Müsabiqədə 6,7,8- ci sinif şagirdləri iştirak edirdi.Mövzu "My Native language","İ learn English  language" idi. Məqsəd yazı məzmun xətti üzrə bilik və bacarıqların yoxlanılması idi.Esse yazıda cümlələr və abzaslar düzgün yazılmalı,orfoqrafiya,qrammatika və durğu işarəsi qaydalarına əməl edilməli idi.
 Şagirdlər esse yazını komputerdə yazırdı.Bu həm də şagirdlərin komputer bacarıqlarına olan maraq və kommunikasiya biliklərinə yiyələnməklərindən xəbər verirdi.
Uğurla keçirilən müsabiqədə məktəbin direktoru Rəna Naibova,təlim tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev,tərbiyəvi işlər üzrə direktor müavini Aygün Vəliyeva,xarici dil fənn metobirləşmə sədri Sədaqət Məmmədova iştirak edirdi.
 Məktəb rəhbərliyi müsabiqə iştirakçılarına uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi