IV siniflərdə monitorinq

07.03.2025 - ci il tarixində məktəbin IV siniflərində monitorinq keçirildi.
IV siniflərdə şagirdlərin bilik səviyyələrinin qiymətləndirilməsi məqsədi ilə tədris dili və riyaziyyat fənləri üzrə monitorinq təşkil olunmuşdu.
Monitorinqin əsas məqsədi şagirdlərin mövzular üzrə mənimsəmə səviyyələrini yoxlamaq, onların riyazi bilik və bacarıqlarını qiymətləndirmək olub.
Şagirdlərə müxtəlif çətinlik dərəcəsinə malik suallar təqdim edilmişdir.
Monitorinqin nəticələri əsasında şagirdlərin zəif və güclü tərəfləri təhlil ediləcək və əldə olunan məlumatlar gələcək tədris prosesinin daha səmərəli təşkilinə töhfə verəcək.
Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə keçirildi.