Rəqəmsal bacarıqlar

Təhsil Nazirliyi və Training Plus MMC-nin birgə layihəsi olan “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məktəbin 5-ci sinif şagirdləri arasında rəqəmsal savadlıq, kibertəhlükəsizlik, kibercinayətlər və kiberbulling həmçinin rəqəmsal vətəndaşlıq mövzusunda məlumatlandırıcı təlim keçirildi.
Təlimdə Günay İbrahimova şagirdlərə yuxarıda adıçəkilən mövzular ətrafında müzakirələr aparmış, komanda işləri keçirmiş, bukletlər paylamış və sertifikatlar vermişdir.