Məktəbdə Bullinq Mövzusunda Maarifləndirici Film Nümayişi Keçirildi

Məktəbdə psixoloq tərəfindən təşkil olunan tədbir çərçivəsində bullinq mövzusunda maarifləndirici film nümayiş etdirildi. Tədbirin məqsədi şagirdlərə bullinqin nə olduğunu, onun mənfi təsirlərini və qarşısının alınması yollarını izah etmək idi.
Filmdə məktəbdə baş verən zorakılıq halları, bunun qurbanlara təsiri və problemin həlli üçün mümkün addımlar əks olunurdu. Nümayişdən sonra şagirdlərlə müzakirə aparıldı, onlar öz fikirlərini bölüşdülər və psixoloq tərəfindən bullinqin qarşısını almaq üçün vacib məsləhətlər verildi.
Belə tədbirlər şagirdlərdə empatiya hissini artırır, onlara dostluq və qarşılıqlı hörmətin əhəmiyyətini başa salır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi