İmtahan həyəcanının azadılması ilə bağlı maarifləndirici tədbir keçirildi

İmtahan dövründə şagirdlərin yaşadığı stress və həyəcanı azaltmaq məqsədilə psixoloq tərəfindən “İmtahan Həyəcanının İdarə Edilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olundu. Tədbirdə imtahan öncəsi və zamanı yaranan psixoloji gərginliyin səbəbləri, onun idarə olunması yolları və effektiv hazırlaşma metodları barədə ətraflı məlumat verildi.
Psixoloq şagirdlərə stressi minimuma endirmək üçün nəfəsalma texnikaları, rahatlama üsulları və pozitiv düşüncə vərdişləri barədə praktiki tövsiyələr verdi. Eyni zamanda, imtahana hazırlıq prosesində vaxtın düzgün idarə olunmasının və planlı təkrarın önəmi vurğulandı.
Tədbir interaktiv formada keçdi, iştirakçılar suallarını verərək psixoloqdan faydalı məsləhətlər aldılar. Görüşün əsas məqsədi tələbələrə psixoloji dayanıqlıq qazandırmaq, özünəinamlarını artırmaq və imtahan həyəcanını effektiv şəkildə idarə etməyə kömək etmək idi.
Bu kimi maarifləndirici tədbirlər tələbələrin akademik uğuruna və psixoloji rahatlığına müsbət təsir göstərir.