Nümunəvi dərs.

      25.02.2025-  ci  il tarixində  35 №-li tam orta  məktəbin rus  dili  müəllimi  Afaq  Mirqulamova 6 a  sinfində  “Meyvə və  tərəvəzlər-  faydalı  məhsullardir” mövzusuna  həsr  olunmuş  nümunəvi  dərsi  vermişdir. Dərs  günün tələblərinə  uyğun  qurulmuş, İTK-dan,iş vərəqlərindən istifadə edilmişdir.  

      Müəllimə dərsi qrup işi  üzrə qurmuş, şagirdlər arasında əməkdaşlığı təmin  edərək qruplar  arasında  özünü  qiymətləndirmə  aparmış, müasir  iş  üsullarindan,  Venn Diaqramından  mövzunun tam  mənimsənilməsi  üçün istifadə  etmişdir. Şagirdlər meyvə  və  tərəvəzlərin faydasından danışmış, onların  hansı  vitaminlərlə zəngin  olduğu  və  insan  orqanizmi  üçün  nə kimi  faydalı  olmaları  haqqında  öz  fikirlərini  yürütmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi