Nümunəvi dərs

Xarici dil fənn aylığı çərçivəsində məktəbin ingilis dili müəllimi Məlahət Hüseynovanın 6- b sinfində açıq dərsi keçirildi. Dərsdə məktəbin direktoru Rəna Naibova,təlim tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev,,tərbiyə işlər üzrə direktor müavini Aygün Vəliyeva, xarici dil fənn metodbirləşmə sədri Sədaqət Məmmədova, ingilis dili,rus dili , Azərbaycan dili,tarix müəllimləri ,məktəbdə təcrübə keçən ADU və BSU-nun tələbələri iştirak edirdi. Fənn müəllim dərsin əvvəlindən sonuna kimi şagirdlərə müraciətini ingilis dilində verdi,şagirdlər fəallıq göstərərək verilən tapşırıqları həvəslə icra etdilər.Müxtəlif dialoq,tapmaca və mahnı ilə qurulmuş dərs yüksək qiymətləndirildi.