Ana dilim

21 fevral 2025-ci il tarixində Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizin kitabxanasında kitabxana müdiri Qasımova Mənsurə tərəfindən tədbir keçirildi. Tədbir məktəbin şagird və müəllim heyətinin iştirakı ilə həyata keçirildi.

Tədbirin başlanğıcında şagirdlərə Azərbaycan dilinin keçmişi, bugünü və inkişafı barədə məlumat verildi. Müxtəlif dövrlərdə dilimizin qarşısında duran çətinliklər, dilin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində aparılan işlər vurğulandı. Eyni zamanda, tanınmış dilçi alimlərin dilimizə verdiyi töhfələr və dilimizin zənginliyini təbliğ edən işləri haqqında geniş məlumat təqdim olundu.

Tədbir çərçivəsində, şagirdlərimiz ana dilinə olan sevgilərini şeirlər və nəğmələr ilə ifadə etdilər.

Bu tədbir, şagirdlərə ana dilimizin qorunmasının və inkişafının vacibliyini bir daha xatırladaraq, dilə olan hörməti və sevgini artırmağa xidmət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi