“Kitab – Bilik və İşığın Açarı”

Kitab insanın ən sadiq dostudur.
O, bizə yeni dünyalar açır, biliklərimizi artırır, düşüncəmizi inkişaf etdirir və həyatımızı daha mənalı edir. Kitab oxumaq insanın daxili dünyasını zənginləşdirir, onun fikirlərini dərinləşdirir və müxtəlif baxış bucaqlarını anlamağa kömək edir.Bu gözəl gündə hər kəsə kitab hədiyyə etmək, yeni bir əsər oxumaq və kitabsevərlərlə təcrübə paylaşmaq tövsiyə olunur. Kitablara daha çox dəyər verək, çünki onlar bizim ən etibarlı dostlarımızdır!