Metodiki Şura üzvləri ilə görüş

Məktəbin Fəaliyət Planına müvafiq məktəbdə Metodiki Şura üzvlərinin növbəti görüşü keçirildi. Görüşdə Metodiki Şura sədri Azad Sofuyev tədris ilinin II yarımilində qarşıda duran vəzifələrlə fənn müəllimlərini tanış etdi Görüşə məktəbin direktoru Rəna Naibova dəvət olunmuşdu. Görüşdə iştirak edən Rəna Naibova II yarımildə metodbirləşmə rəhbərləri və fənn müəllimlərinin üzərinə düşən işləri qeyd edərək, bütün üzvlərə öz işlərində ciddi və məsuliyyətli olmağı tövsiyə etdi
Sonda pedaqoji kollektivi maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı.