Monitorinq keçirildi

Məktəbin Fəaliyyət Planına uyğun olaraq IV siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərindən məzmun xətləri üzrə nailiyyətlərin ölçülməsi, dəstək proqramlarının həyata keçirilməsi məqsədi ilə monitorinq keçirildi
Şagirdlərə hər fənn üzrə iki variantda 15 sual təqdim olundu. Sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə vaxt verildi.
Monitorinqin gedişatı məktəbin direktoru Rəna Naibova, təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev və təyin olunmuş nəzarətçilər tərəfindən izlənildi.