Məktəb-valideyn əməkdaşlığı

Şagirdlərin məktəb həyatının uğurlu olması üçün məktəblə ailənin birgə işi həlledici amildir. İstər məktəbdaxili, istərsə də sinifdənxaric işlərdə valideynlərin həvəskarlığı, can yandırması və fəal köməyi vacibdir. Müntəzəm olaraq Məktəb-Valideyn Birliyinin toplantıları, valideyn-müəllim görüşləri şagirdlərin akademik fəaliyyətini ətraflı təhlil etmək, məktəbin işi, qayğıları ilə tanış olmaq, nəticədə bütün məsələləri vaxtında, həm də düzgün həll etmək imkanı yaradır.
Valideynlər keçirilən bütün tədbirlərdə fəal iştirak edir, məktəbin həyatında onların iştirakının nə qədər önəmli olduğunu dərk edirlər.Təşkil olunmuş iclasda şagirdlərlə məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı A. Vəliyeva, psixoloq K.Hüseynova , fənn müəllimləri çıxış etdilər.Şagirdlərin şagird qaydalarına əməl etmələri və valideynlərin buna nəzarət etmələri tövsiyyə olundu.