Peşə seçiminin insan həyatında rolu
Peşə seçimi prosesində müxtəlif mürəkkəb amillərin təsiri müşahidə edilir. Bu prosesin gedişatı insanın gələcək həyatını, pəşəkar inkişafını və karyerasını müəyyənləşdirir. Buna görə də peşə seçiminə tam ciddiyyətlə yanaşmaq mütləqdir. Bu seçimin doğruluğunu təmin etmək üçün isə bu prosesə təsir edəcək amillərə daha detallı nəzər salmaq lazımdır.Məktəbin psixoloqu K. Hüseynova IX şagirdləri ilə mövzu üzrə söhbət apardı. Həmçinin məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı A.Vəliyeva və UBTR T. Məhərrəmova şagirdlərə tövsiyələrini verdilər.