20 Yanvar - Qan yaddaşımız
20 Yanvar faciəsinin otuz beşinci il dönümünə həsr olunmuş xüsusi dərslər keçirilmişdir. Dərslərdə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib. Çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın mübarizə ruhunu və azadlıq istəyini necə gücləndirdiyini, həmçinin bu faciənin Azərbaycan tarixi üçün əhəmiyyətini vurğulayıblar. Şəhidlərimizin göstərdikləri fədakarlığın heç zaman unudulmayacağını , onların qanı ilə qazanılan azadlığın qorunacağını qeyd ediblər.