20 Yanvar milli qürur günümüzdür

Məktəbin foyesində təşkil olunan “20 Yanvar milli qürur günümüzdür” adlı sərgidə şagirdlərin əl işlərindən ibarət rəsmlər və fotolar nümayiş olunur. Şagirdlər rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.