Metodbirləşmə rəhbərləri ilə görüş

 09.01.2025-ci il tarixdə məktəbin metodik şurasının sədrinin fənn metodbirləşmə rəhbərləri ilə görüşü keçirildi.
  Metodiki Şuranın sədri Azad Sofuyev 2024/2025-ci tədris ili üzrə I yarımilin sonunda keçiriləcək məktəbdaxili qiymətləndirmələrin (BSQ) təşkili ilə bağlı tapşırıq və tövsiyələri metodbirləşmə rəhbərlərinin diqqətinə çatdırdı.
 Qeyd olundu ki, BSQ-lər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr"lə bağlı 01.09.2023-cü il tarixli 03-29/2-5492/2023 nömrəli təlimati məktubuna əsasən təşkil olunacaq.
 Görüşdə iştirakçıları BSQ  ilə bağlı maraqlandıran suallar cavablandırıldı və tapşırıldı ki, BSQ - nin keçirilməsi 15.01.2025-ci il tarixindən başlanılacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi