Dərsdinləmələrin təkmilləşdirilməsinin əhəmiyyəti

Metodiki Şuranın bugünkü görüşündə məktəb rəhbərliyi ilə pedaqoji kollektivin görüşü keçirildi. Görüşdə direktor Rəna Naibova, direktor müavinləri, fənn metodbirləşmə rəhbərləri, fənn müəllimləri iştirak edirdi.
Görüşdə dərsdinləmə, dərs prosesində müəllimlərin yüksək səviyyəli qiymətləndirilməsi və inkişaf etdirilməsi, müəllimlərin metodiki yanaşmaların effektivliyi də təlim-tərbiyə işinin təşkilində əsas amillərdən biri olduğu müzakirə edildi.
Görüşdə müəllimlərin rəy və təklifləri dinlənildi.