Mirzə Ibrahimovun secilmis əsərlərinin müzakirəsi

Bu gün məktəbin kitabxanasında kitabxana müdiri Qasımova Mənsurə və ədəbiyyat müəllimi Aybəniz Məmmədova tərəfindən Mirzə İbrahimovun seçilmiş əsərlərinin müzakirəsi keçirilib.

Müzakirədə şair və yazıçı Mirzə İbrahimovun əsərlərinin ədəbiyyatımıza və mədəniyyətimizə verdiyi töhfələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir boyunca, müəllimlər və şagirdlər müxtəlif əsərlərdən seçilmiş parçalara toxunub, əsərlərin mövzuları, qəhrəmanları və müəllifin istifadə etdiyi ədəbi üsullar barədə geniş müzakirələr aparılıb. Şagirdlər yazıçının həyat yolunu, onun dövrünə və ictimai hadisələrə münasibətini müzakirə edərək, öz fikir və təəssüratlarını bölüşüblər.

Bu cür tədbirlər, şagirdlərin ədəbiyyatın dərinliklərinə enməsinə və mütaliə etməyə olan maraqlarının artmasına mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi