IV siniflərdə monitorinq
Dekabrın 26 - da məktəbin Fəaliyyət Planına əsasən IV siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənlərindən məzmun xətləri üzrə nailiyyətlərin ölçülməsi və proqram materiallarının necə yerinə yetirilməsi məqsədi ilə monitorinq keçirildi.
Şagirdlərə tədris dilindən 15,riyaziyyatdan 15 və ingilis dilindən 10 sual təqdim olundu. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt verildi.
Monitorinqin gedişatı direktor Rəna Naibovanın rəhbərliyi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev həyata keçirərək, təyin olunmuş nəzarətçilərin nəzarəti ilə yerinə yetirildi.