Valideynlərlə görüş

 Dekabr ayında məktəbin aylıq iş planına əsasən IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənlərindən monitorinq yazı işləri aparılmışdır. Yazı işinin nəticələri əvvəlcə fənn müəllimləri və metodbirləşmə rəhbərləri ilə təhlil olunmuşdur.
 Bu gün IX sinif şagirdlərinin valideynləri məktəbə dəvət olunaraq məktəb rəhbərliyi ilə görüş keçirildi.
 Görüşdə məktəbin direktoru Rəna Naibova, təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev, fənn müəllimləri, sinif rəhbərləri iştirak edərək II monitorinqin nəticələri birgə müzakirə olundu.
 Əvvəlcə direktor görüş iştirakçılarını görüşdə müzakirə ediləcək məsələ ilə tanış etdi. Daha sonra Azad Sofuyev  iştirakçılara buraxılış imtahan fənlərindən keçirilən monitorinqin nəticələri ilə bağlı ətraflı məlumat verdi.
 Sonda fənn müəllimləri, sinif rəhbərləri və valideynlər monitorinqin nəticələri ilə bağlı öz fikir və təklifləri ilə çıxış edərək məktəb-valideyn-şagird üçbucağının daha da  dərinləşdirilməsi qeyd olundu və təhsilalanların müvafiq standartlar üzrə bilik və bacarıqlarının  hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.
 Müzakirədə təhsilin keyfiyyətinə təsir edə biləcək bu tipli görüşlərin mütəmadi keçirilməsi təklif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi