Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan aylığı” layihəsi çərçivəsində məktəblərdə tədbirlər həyata keçirilməkdədir.
Bununla əlaqədar olaraq məktəbimizdə ibtidai sinif şagirdlərinin təqdimatında tədbir keçirildi. Tədbirdə məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak etdilər. Tədbirin keçirilməsində məqsəd Naxçıvanın tarixi, mədəni irsi, tarixi abidələri və mədəniyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmaq idi.