Naxçıvan -ən qədim insan məskəni
Naxçıvan ərazisi qədim şəhər mədəniyyətinin ən mühüm mərkəzlərindən biri olmuşdur.Bu ərazi Azərbaycanda ilk mərkəzləşmiş dövlət olan Mannanın ,daha sonra onun tarixi və mədəni varisi olan Midiyanın tərkibində olmuşdur.XIII-XIV əsrlərdə Naxçıvan bölgəsin Azərbaycanda və ümumiyyəttlə Yaxın Şərqdə gedən siyasi-iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilmişdir.Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsindən sonra onlar Azərbaycan torrpaqları hesabına öz yaşadıqları əraziləri genişləndirmək cəhdləri edirlər.1918 cı ildə Naxçıvan bölgəsində qarşıdurma və qırğınlar törədirlər.Buna görədə bu ərazinin yad əllərə keçməsinin qarşısını almaq üçün Araz Türk Respublikası yaradılır.Bununlada ermənilərin bu ərazini ələ keçirmələrinin qarşısı alınır.Azərbaycan sovetləşəndən sonra ermənilər yenidən Naxçıvan ərazisini ələ keçirtməyə cəhd edirlər.Bu məsələni birdəfəlik həll etməki üçün 1924 cu ilin fevral ayının 9 da Naxçıvan ərazisi Muxtariyyət statusunda Azərbaycan SSR nin tərkibində saxlanılır.
Ötən əsrin sonlarında Xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, misilsiz dühası sayesində Naxçıvan MR bütün çətinliklərə sinə gərərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirliklərinin 2009 cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxşıvan şəhəri 2018 cı il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə sərəncam imzalamışdır.Sərəncama əsasən Naxçıvan MR ərazisində milli-mənəvi dəyərlərin əsrlərdə bəri qorunub yaşadılan İslam mədəniyyət abidələrinin bərpası, inkişaf etdirilməsi, təbliği sahəsində aparılan işlərin daha yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynamışdır.
Naxçıvan MR 100 illiyi münasibətilə məktəbimizin Tarix-Coğrafiya metodbirləşmə üzvlərinin təşkilatçılığı ilə dəyirmi masa təşkil olundu.Məktəbimizin şagirdləri Naxçıvanın tarixi və coğrafiyası ilə bağlı maraqlı məlumatlar verdilər.