Məhəmməd Füzuli 530 illiyi

Məktəbin kitabxana müdiri Qasımova Mənsurə tərəfindən görkəmli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə məktəbin VII,VIII,IX sinif şagirdləri iştirak etmiş, şairin zəngin ədəbi irsi və onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilmişdir.
Tədbirin məqsədi Füzulinin həyat və yaradıcılığını gənc nəsilə tanıtmaq, onun əsərlərinin Azərbaycan və dünya ədəbiyyatındakı yerini vurğulamaq, həmçinin şairin ideyalarını və bədii irsini müasir dövrdə daha da dəyərləndirmək idi. Tədbir çərçivəsində məktəbin şagirdləri Füzulinin əsərlərindən parçalar oxumuş, şairin poeziyasının dərin mənalarını izah etmiş və onun yaradıcılığına dair şeirlər səsləndirmişlər. Tədbir iştirakçıları Füzulinin sənətini daha yaxından tanımaq və onun poeziyasından ilham almaq imkanı əldə ediblər.Tədbirdə məktəbin ədəbiyyat müəllimləri Qasımova Zeynəb,Xəlilova Zəlihə,Zeynalova Aybəniz iştirak etmişlər.