“ Bullinqə yox ! ”

Məktəbdə bullinq uşaqlar və yeniyetmələr arasında ümumi problemdir və ciddi nəticələrə səbəb ola bilər. Bullinq bir və ya bir neçə tələbənin digər tələbəyə fiziki, emosional və ya şifahi şəkildə zərər vurmaq məqsədi ilə təkrar təhqiramiz davranışlarla məşğul olmasını əhatə edir. Bullinqə məruz qalmış şəxslərdə, özünə qapanma, özgüvən əskikliyi və intihar halları baş verir. Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər.
Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı müavin A. Vəliyeva, UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə “ Bullinqə yox !” adlı maarifləndirici dəyirmi masa təşkil olundu. Şagirdlərə məlumat verici videoçarlar və slaydlar nümayiş olundu.