“Narkomaniya- bəşəriyyətin bəlası”-rəsm sərgisi

Dünyada olduğu kimi, ölkəmizdə də bu dövriyyəni həyata keçirən mütəşəkkil qruplara qarşı hər gün mübarizə aparılır. Narkomaniya ilə mübarizə məqsədilə məktəb tərəfindən maarifləndirici tədbirlər keçirilib, sərgilər təşkil olunub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra narkomaniya probleminə qarşı mübarizədə yeni mərhələ başlayıb. Narkomaniya və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan dövlət proqramları çərçivəsində bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.
Narkomaniya yalnız səhiyyə və sağlamlıq problemi deyil, daha çox sosial bəladır. Bu problemlə mübarizədə dünyada qəbul olunmuş əsas formul kimi maarifləndirmə və təbliğat yolu seçilib. Məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı A. Vəliyeva, UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə sərgi təşkil olundu. Sərgidə bəşəriyyətin bəlası olan narkomaniya şagirdlərin gözü ilə rəsm əsərlərində əks olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi