Məişət zorakılığına son !
Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.
Məktəbin psixoloqu K. Hüseynovanın təşkilatçılığı ilə “ Məişət zorakılığına son ! “ adlı dəyirmi masa təşkil olundu. Şagirdlərlə maarifləndirici söhbət aparıldı, videoçarx nümayiş olundu. Tədbirdə məktəbin şagirdlərlə dərsdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı müavin A. Vəliyeva da çıxış edərək, şagirdlərə tövsiyələrini verdi.