Həyat həqiqətlərinin bədii ədəbiyyatda inikası

29 noyabr 2024-cü il tarixində məktəbin kitabxanasında kitabxana müdiri Mənsurə Qasımova tərəfindən "Həyat Həqiqətlərinin Bədii Ədəbiyyatda İnkişafı" mövzusunda tədbir təşkil olundu . Tədbirin əsas məqsədi həyatın həqiqətlərinin bədii ədəbiyyatda necə təcəssüm etdiyi və ədəbiyyatın insan həyatını necə işıqlandırması mövzusunda fikir mübadiləsi aparmaq idi.
Tədbirdə müxtəlif dövrlərin ədəbiyyatına dair nümunələr təqdim olundu. Xüsusilə, klassik realist ədəbiyyatın həyat həqiqətlərinə necə yanaşdığı, insanın daxili aləminin və sosial şəraitinin ədəbiyyatda necə işıqlandırıldığına dair fikirlər səsləndirildi.
Kitabxanada keçirilən bu tədbir, məktəbin şagirdləri və müəllimləri üçün əhəmiyyətli bir təcrübə oldu və ədəbiyyatın həyatla bağlı dərindən düşünməyə və anlamağa təşviq edən gücünü bir daha göstərdi.