Balacadan böyüyə həmrəy olaq 

 Nəsimi rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə 35 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sağlam mühit naminə “Balacadan böyüyə həmrəy olaq” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, sahə həkimləri, valideynlər və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rəna Naibova açaraq tədbir iştirakçılarını salamlamış və tədbirin əhəmiyyəti barədə məlumat verib. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf İsgəndərov çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı rayonda müvafiq tədbirlər planı hazırlanmış və plana əsasən rayonda yaşıllıqların salınması və bununla bağlı ümumtəhsil müəssisələrində maarifləndirmə işləri aparılaraq silsilə tədbirlər təşkil olunur. Tədbirin sonunda mövzu ətrafında şagirdlər arasında diskussiyalar aparılıb və şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanışlıq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi