Metodbirləşmələrin iclası

 Məktəbin Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat-fizika-informatika, xarici dil, kimya-biologiya və tarix-coğrafiya fənn metodbirləşmələrindən ibarət iclası keçirildi. İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak edərək Respublika Fənn Olimpiadaları haqqında məlumat müzakirə olundu və olimpiadanın Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika fənlərindən keçiriləcəyi diqqətə çatdırıldı. 
 Azad Sofuyev qeyd etdi ki, 26 noyabr 2024-cü il tarixindən etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə başlanılmış və  bu proses  9 dekabr tarixinədək davam edəcəkdir.
 Qeyd olundu ki, Respublika Fənn Olimpiadasının rayon(şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflərdə 28 dekabr, X-XI siniflərdə 29 dekabr və digər fənlər üzrə isə 22 dekabrda müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcəkdir.
 Fənn metodbirləşmə rəhbərlərinə tapşırıldı ki, şagirdlərin Respublika Fənn Olimpiadalarının rayon mərhələsində iştirakları üçün fənn müəllimləri və yuxarı sinif şagirdləri məlumatlandırılsın və onların iştirakları üçün qeydiyyatdan keçmələri nəzarətdə saxlanılsın.
 Sonda iştirakçıları maraqlandıran suallar da cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi