Məktəbin İnkişaf Planı çərçivəsində həyata keçirilən Planlaşdırma təlimi

18 - 23 noyabr 2024 – cü ildə Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasi Təhsil İnstitutunun birgə həyata keçirtdiyi “Müasir Metodist” layihəsi çərçivəsində Bakı şəhəri 35 №li tam orta məktəbdə "Planlaşdırma " təlimi həyata keçirilmişdir. Tədbirin əsas məqsədi təhsilverənlərin planlaşdırma bacarıqlarının inkişafinı stimullaşdırmaqdır. Təlim ərzində təlimçi müəllimlərin ehtiyac və maraqlarını nəzərə alaraq Veb 2 alətlərindən və cəlbetmə üsullarından istifadə edərək müəllimlərin maraqlarina səbəb olmuşdur. Təlimin sonuncu günündə hər müəllim təlim müddətində əldə etdiyi bacarıqlardan və yeniliklərdən istifadə edərək hazırladıqları planlaşdırma nümunəsini təqdim etdilər. sonra təlimçi, layihənin metodisti, Nüşabə Mehtiyeva məktəb rəhbərliyinə təlimin təşkilində göstərdiyi dəstəyə görə təşəkkür etdi və təşəkkürnaməni təqdim etdi. Daha sonra təlim iştirakçılarına təlimdə fəal iştirak edərək təlimi uğurla başa vurduqları üçün təbrik edib təşəkkürnamələri təqdim etdi. Sonda iştirak edən müəllimlər təlim haqqında fikirlərini bölüşərək təlimin çox faydalı olduğunu qeyd etdilər.