ZəfərFest-4 yaradıcılıq sərgi-festivalı

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “ZəfərFest – 4”yaradıcılıq sərgi-festivalı keçirilib.
Sərgi-festivalın məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan ordusunun zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.Yaradıcılıq festivalında məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.