8 Noyabr- Zəfər Günüdür

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.Məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıA.Vəliyeva və UBTR T. Məhərrəmovanın təşkilatçılığı ilə Zəfər gününə özəl tədbir təşkil olundu. Tədbirdə şagirdlər tərəfindən vətənpərlik mahnıları, şeirləri səsləndirildi, böyük coşğu və təntənə ilə bayram qeyd olundu.