Bu ayın 1 ində olan "Müasir Metodist" layihəsi çərçivəsində kecirilmiş metodik goruş.

1 noyabr 2024 – cü ildə Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasi Təhsil İnstitutunun birgə həyata keçirtdiyi “Müasir Metodist” layihəsi çərçivəsində Bakı şəhəri 35 №li tam orta məktəbdə tədris keyfiyyətinin artırılması üçün metodik işin təşkili məqsədilə metodik görüş təşkil olunmuşdur. Tədbirin əsas məqsədi təhsilverənlərin Təlim ehtiyaclarının öyrənilməsi və həll yolları ətrafında müzakirələr aparmaq idi. Tədbirdə müəllimlərin tədris zamanı qarşılaşdığı problemlər müzakirə olundu. Bu problemlərin aradan qaldırılması yolları aydınlaşdırıldı.