"Müasir Metodist" layihəsi çərcivəsində dərsdinləmələr

Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasi Təhsil İnstitutunun birgə həyata keçirtdiyi “Müasir Metodist” layihəsi çərçivəsində Bakı şəhəri 35 №li tam orta məktəbdə tədris keyfiyyətinin artırılması üçün metodik işin təşkili məqsədilə məktəbin direktoru Rəna Naibova və layihənin metodisti Nüşabə Mehtiyeva tərəfindən dərsdinləmələr həyata keçirilir. Dərsdinləmələrdən sonra müəllimlərlə əks əlaqə qurularaq məsləhətləşmələr aparılır.