MİP-in 2023-2024-cü il hesabatı

Oktyabrın 31-də ARTİ MDPİM-in şöbə müdiri Nigar Əhmədzadə, ARTİ-nin məktəb üzrə kuratoru Səbinə Balayeva və ARTİ-nin digər əməkdaşlarının iştirakı ilə məktəbin 2023-2024-cü il tədris ilinin MİP hesabatının dinlənilməsi üzrə görüşü keçirildi.
Məktəbin direktoru Rəna Naibova görüş iştirakçılarını salamlayaraq MİP haqqında müfəssəl məlumat verdi.
Hesabatın dinlənilməsi və müzakirəsində qonaqlarla bərabər məktəbin inzibati idarə heyəti və məktəbdaxili MİP komanda üzvləri də iştirak etdilər
Məktəbin 2023-2024-cü il MİP hesabatını geniş şəkildə təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev təqdim etdi. Təqdimat zamanı məktəbin idarəetmə olunması, dəstəkləyici mühitin yaradılması, valideynlərlə iş, kitabxana,psixoloqun və s. kimi işlər haqqında ətraflı məlumat verilərək hesabat dinlənildi.
Görülmüş işlər haqqında iştirakçılar da öz fikir və tövsiyələrini söylədilər.
Müzakirə zamanı MİP-in fəaliyyətlərini həyata keçirmək üçün müəllimlərin metodiki və pedaqoji bacarıqlarının inkişafının vacib olduğu qeyd edildi.
MİP komanda üzvlərinin də fikir və ideyaları dinlənilib, qarşıya çıxan problemlər müzakirə edilərək bu kimi istiqamətlərdə tövsiyələr verildi.