Risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin aşkara çıxarılması    

Son dövrlərdə tez-tez eşidilən mövzulardan biri də risk qrupuna daxil olan uşaqlardır. Bugünkü məktəbdə ailədən qaynaqlanan problemlər mövcuddur. Zorakılıq, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar həmin ailədən olan uşaqların davranışına, psixologiyasına mənfi təsirini göstərir.  Bütün bu pozucu hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Ailədə zorakılığa uğrayan uşaq bunu məktəbdə öz yoldaşlarına tətbiq edir.  Demək, problemin kökü ailədən qaynaqlanır. Məktəbin vəzifəsi bu problemləri vaxtında aşkarlamaq və qarşısını almaq üçün lazımi tədbirlər görməkdən ibarətdir. Problemin səmərəli həllinə nail olmaq üçün risk qrupuna daxil olan uşaqları vaxtında aşkar edib, obyektiv şəkildə kateqoriyalara ayırmaq lazımdır.

 Məktəbin psixoloqu K. Hüseynova  risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin aşkara çıxarılması üçün anonim sorğu apardı. Sorğunun nəticəsinə uyğun olaraq şagirdlərlə fərdi söhbətlər və maarifkəndirici işlər təşkil olunacaq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi