Riyaziyyatdan məktəbdaxili monitorinq

V sinifdə riyaziyyat fənni üzrə məktəb rəhbərliyi tərəfindən monitorinq keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllim peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
Monitorinqin nəticələri təhlil olunaraq, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək