Sagird davranış qaydaları

“Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir. Məktəb və sinif şagird davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.
Sinif rəhbərləri ilə “Şagird davranış qaydaları “ ilə bağlı dəyirmi masa təşkil olundu. Məktəbin direktoru R. Naibova, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı A. Vəliyeva, UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynova çıxış etdilər.