IX siniflərdə monitorinqin nəticələri valideynlərlə müzakirə olundu

 Məktəbin oktyabr ayının iş planına uyğun IX siniflərin buraxılış imtahan fənləri üzrə tədris dili, riyaziyyat və ingilis dili fənlərindən monitorinq yazı işləri aparılaraq müəllimlərlə birgə təhlil olunmuş və bu gün həmin monitorinqin valideynlərlə birgə müzakirəsi təşkil olundu.
 Müzakirə məktəb direktoru Rəna Naibova, təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev, təşkilatçı Aygün Vəliyeva, UBR, psixoloq, fənn metodbirləşmə rəhbərləri, fənn müəllimləri, sinif rəhbərləri, valideyn və IX sinif şavirdlərinin iştirakı ilə keçirildi.
 Məktəbin direktoru Rəna Naibova görüş iştirakçılarını gündəlikdəki məsələ ilə bağlı tanış edərək, əsas məqsədin məktəbdə ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələləri diqqətdə saxlamaq və buraxılış imtahanlarına hazırlıq məqsədi daşıdığını qeyd etdi.
 Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev buraxılış imtahan fənləri üzrə nəticələri diaqram şəklində müəllim, valideyn və şagirdlərin diqqətinə çatdıraraq tədrisin keyfiyyətinə təsir edən amilləri qeyd etdi.
 Fənn metodbirləşmə rəhbərləri və fənn müəllimləri keyfiyyət göstəricilərinin artırılmasındakı çatışmazlıqlardan və görüləcək işlərdən danışdılar.
 Valideynlər isə öz çıxışlarında məktəb rəhbərliyinə minnətdarlıqlarını bildirib bu cür, məktəb-valideyn-şagird, görüşlərinin keçirilməsinin çox gözəl, təqdirə layiq bir iş olduğunu qeyd edərək hər bir valideyn öz övladının keyfiyyət göstəriciləri ilə yaxından tanış olduqlarını bildirdilər.
 Sonda bu kimi görüşlərin tədris ili boyunca, davamlı şəkildə aparılması təklif olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi