Şiddətə son

   Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.Məktəbin UBTR T. Məhərrəmova , uşaqlarla məktəbdənkənar  və sinifdənxaric işi üzrə təşkilatçı A. Vəliyeva və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə “ Şiddətə son “ adlı maarifləndirici tədbir təşkil olundu. Tədbirdə mövzu üzrə şagirdlər təqdimatla çıxış etdilər, səhnəcik nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi