Kitab sərgisi

2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunub. Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil edilmişdir. Məktəbin kitabxana müdiri M. Qasımovanın təşkilatçılığı ilə şagirdlər Bakı Ekspo Mərkəzinə ekskursiya etdilər. Onları maraqlandıran kitablarla tanış oldular.