1 Oktyabr 5 yaşlıların ilk dərsi

Hər bir şəxsin həyatının unudulmaz anlarından biri, məhz məktəbə ilk qədəm qoyduğu vaxtlardır. Məktəb həyətinə girişi, bir məktəbli kimi sinfə daxil olması və ən əsası müəllimi ilə tanışlığı onun uşaqlıq çağlarından şəxsiyyət kimi formalaşmasının ilkin mərhələsidir .Təhsil üçün ilk addım kimi xüsusi yükü özündə daşıyan məktəbəhazırlıq prosesi müasir dövrdə daha da inkişaf edir.5 yaşlılar məktəbə qədəm qoydular. Şagirdlərin sevinci, kövrəkliyi bu günü daha da unudulmaz etdi.